“Əsas həyat bacarıqları” layihəsi çərçivəsində online treyninqlər

22 aprel 2020-ci il tarixində Bakı Gənclər Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və UNİCEF-in birgə tərəfdaşlığı ilə “Əsas Həyat Bacarıqları” təlimi keçirilmişdir. Gənclər üçün nəzərdə tutulmuş təlimdə p.u.f.d Aynur Bünyatova tərəfindən “Stresin idarə olunması”, “Emosional tənzimləmə”, “Empatiya”, “Problem həlli”, “Özünü qiymətləndirmə” və s. olmaqla ümumilikdə 16 mövzu üzrə təlim kecirilmişdir.

 Gənclərin şəxsi inkişafına müsbət təsir göstərən təlimin sonunda iştirakçılar sertifikatla təmin olunmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir