“Əsgərə Məktub” aksiyası keçirildi.

16 oktyabr 2020-ci il tarixində Bakı Gənclər Mərkəzinin  təşkilatçılığı ilə Azərbaycanın Silahlı Qüvvələrinə mənəvi dəstək məqsədilə “Əsgərə məktub” adlı aksiya keçirilib.
Aksiyada Bakı Gənclər Mərkəzinin üzvləri və könüllüləri iştirak edib. Gənclər əsgərlərimizə öz ürək sözlərini yazaraq, Vətən üçün şərəfli vəzifəni yerinə yetirərkən Azərbaycan xalqının sevgi və dəstəyindən güc, qüvvə və stimul almalarını ifadə ediblər.

“Salam, Azərbaycanın igid əsgəri! Vətən oğlu, sənin gücünə, qüdrətinə inanıram! Azərbaycan xalqına tarixi günlər yaşatdığına görə sənə və sənin yoldaşlarına təşəkkür edirəm! 30 illik həsrətimizin sayənizdə tezliklə sona yetəcəyindən heç bir şübhəm yoxdur! Allah yar və yardımçınız olsun!

Sizə bu yolda möhkəm iradə və dözüm arzu edirəm. Qələbə xəbərlərini tezliklə eşitməyimiz diləyilə….

….Vətənin keçişiyində mərd dayan, Azərbaycan əsgəri!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir