Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Əylən öyrən” adlı yay düşərgəsinin növbəti günündə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin, Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Mərkəzinin təşkilatçılığı, Təmiz Şəhər ASC-nin dəstəyi ilə “Ətraf mühitdən düzgün istifadə edirikmi?” adlı viktorina və praktiki oyun keçirilmişdir
Oyunda komandalar bərpa olunan və bərpa olunmayan resursların düzgün şəkildə bölüşdürülməsi və gələcək nəslə çatdırılması ilə bağlı viktorinada iştirak edərək, həmçinin praktiki oyun vasitəsilə əylənərək öyrənmişdilər
Qalib komanda münsiflər heyəti tərəfindən qiymətləndirilərək müəyyən olunmuş, sertifikat və hədiyyələr təqdim edilmişdir.
sonda xatirə şəkil çəkilmişdir
Əziz gənclər mərkəzimizin sizlər üçün yaratdığı şanslardan xəbərdar olmaq və iştirak etmək istəyirsinizsə səhifəmizi daim izləyin