Bakı Gənclər Mərkəzi olaraq gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə növbəti nümayiş etdirəcəyimiz film “Jexi” filmi olacaq
Filmin baş qəhrəmanı olan Fill adlı personaj, ağıllı və zarafatcıl bir insan olan Filin böyük bir asılılıq problemi var. Gəncin səhər yataqdan qalxdığı andan axşam başını yastığa qoymasına qədər hər anı telefonuna bağlıdır. Aldığı yeni telefonda Jexi adlı rəqəmsal köməkçi Filin həyatını əvvəlcə asanlaşdırsa da, zaman keçdikcə vəziyyət dəyişir. Gənc oğlan bu rəqəmsal köməkçidən çox razıdır ki, bu da onun işdə irəliləməsini asanlaşdırır və xəyal etdiyi qızı tapmağa kömək edir. Lakin Filin həyatını yaxşılaşdırmağa kömək edən rəqəmsal köməkçi Jexi, Fil ondan asılı olanda düşmənə çevrilir.
20.05.2022
15:00
İştirak ödənişsizdir
Əziz gənclər, siz də bizimlə birgə film izləyərək vaxtınızı dəyərli və maraqlı keçirə bilərsiniz
