10 noyabr Qələbə Günü

“Ya Qarabağ Ya Ölüm Başqa yol yox artıq” şüarı ilə yola çıxdıq və QARABAĞI azad etdik.

Bu gün Azərbaycanımızın şanlı tarixi olan “Qələbə Günü” münasibətilə Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev adına parkda tədbir baş tutdu.

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış edərək, Azərbaycan xalqını Qələbə münasibətilə təbrik etdi. Daha sonra Heydər Əliyev heykəlinin önünə gül dəstələrini qoyaraq Ulu Öndərin ruhunu ehtiramla yad etdilər. Daha sonra Azərbaycan himni səsləndirildi.

Yaşasın Ali Baş Komandan!

Eşq olsun Azərbaycan Ordusuna!

Eşq olsun Azərbaycana!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir