18 may Beynəlxalq Muzeylər Günü münasibətilə Emal sənaye üzrə Bakı peşə məktəbi gəncləri, Bakı Gənclər Mərkəzinin “Heydər Əliyev müzeyi”-nə info-tur etdilər.

Heydər Əlirza oğlu Əliyev-in həyat və yaradıcılığı, keçdiyi keşməkeşli yollar eləcə də, vətənin dar günündə ölkə başçısı vəzifəsinə gəlməsi haqqında məlumatlar verilmiş və gənclərin sualları cavablandırılmışdır.

Qeyd edək k, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir