18 oktyabr Milli Müstəqillik Gününün Bərpasına həsr edilmiş Nə? Harada? Nə zaman? intellektual yarış keçirilmişdir.

Bakı Gənclər Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı-nın birgə əməkdaşlığı 18 oktyabr Milli Müstəqillik Gününün Bərpasına həsr edilmiş Nə? Harada? Nə zaman? intellektual yarış keçirilmişdir. 🤓

Yarışda 10 fərqli Azərbaycanın ali təhsil müəssisələri öz mübarizələrini aparmışlar. Çətin və əzmkar keçən yarışın sonunda Sumqayıt Dövlət Universitetinin intellektual komandası qalib oldular. 2-ci yer Bakı Ali Neft Məktəbi, 3- cü yerin sahibi isə Dövlət Gömrük Komitəsinin Akademiyası intellektual komandası oldular.🇦🇿

Yarışın sonunda Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva qalibləri təbrik edib, medal və sertifikat ilə təltif etmişdir.😊

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.