“2 fevral Azərbaycan Gəncləri Günü” münasibətilə Gənclər həftəsi silsilə tədbirlər çərçivəsində Bakı Gənclər Mərkəzində “Mükafatlandırılma mərasimi” adlı tədbir keçirildi

Tədbirdə “Yeni dövrün yeni könüllüləri 4” könüllülük fəaliyyətini uğurla başa vuran gənclər, fəaliyyəti dövründə təqdim etdiyi layihələri ilə fərqlənən fəal könüllülər, vətən müharibəsi zamanı şanlı qələbəni bizə yaşadan qəhrəman qazilər, “Nizami Gəncəvi ili”ndə fərqlənən istedadlı gənclər, “Aktyorluq klubu”nun üzvləri, Bakı Gənclər Mərkəzininin əməkdaşlıq çərçivəsində birgə layihələr keçirən təşkilatlar və mərkəzin əməkdaşları təltif edildilər.

Tədbirdə mərkəzin himni və rəqs ansamblının üzvlərinin bir-birindən rəngli çıxışları nümayiş olundu

Əziz Azərbaycan gəncliyi, bayramınız mübarək!


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir