“2 Fevral- Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş Mükafatlandırılma mərasimi

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə “2 Fevral- Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş “Yeni Dövrün Yeni Könüllüləri”nin və üzvlərinin 2020-ci il ərzində uğurla fəaliyyətinə görə Mükafatlandırılma Mərasimindən video-görüntüləri təqdim edirik!

Mükafatlandırılma Mərasimində göstərdiyi uğurlu fəaliyyətə görə müxtəlif nominasiyalar üzrə “Yeni Dövrün Yeni Könüllüləri” və üzvləri xüsusi sertifikat ilə təltif ediliblər.

Əgər siz də bizim ailəmizin bir parçasına çevrilərək, uğurlu gənclər sırasına qoşulmaq, gözəl dostluqlar, əlaqələr və təcrübə qazanmaq istəyirsinizsə, Bakı Gənclər Mərkəzinə müraciət edin. Yeni Dövrün Yeni Könüllüsü olaraq, ailəmizin bir üzvünə çevrilin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir