Sağlam Düşüncə” Gənclər Təşkilatı Erasmus+ Gənclər və Avropa Həmrəylik Korpusu proqramları üzrə Azərbaycanda Məlumat Mərkəzi olaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və SALTO Şərqi Avropa və Qafqaz ölkələri üzrə Resurs Mərkəzi ilə birlikdə 20-ə yaxın Avropa təşkilat nümayəndələrinin Azərbaycana tanışlıq səfəri reallaşdı
Səfər çərçivəsində 5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Bakı Gənclər Mərkəzində “Gənclər Üçün” – Beynəlxalq Əməkdaşlıq Formu həyata keçirildi.
Formun əsas məqsədi gənclər təşkilatları və mərkəzlərinin, eləcə də gənclər sahəsində fəaliyyət göstərən qurumlar üçün əməkdaşlıq imkanlarını müzakirə etmək, Avropa İttifaqının imkanları haqqında gənclər və gənclər təşkilatlarını məlumatlandırmaq və şəbəkələşmə imkanı yaratmaq olmuşdur.