Bağlanış mərasimində müxtəlif əyləncəli oyunlar oynanılıb, layihə iştirakçıları öz ürək sözlərini paylaşıb.
Layihənin gedişatında təlimlər Bakı Gənclər Mərkəzinin əməkdaşı Günay Talıbova tərəfindən keçirilib. “Əsas Həyat Bacarıqları” təlim proqramı çərçivəsində gənclər üçün “Özünü tanı”, “Şəxslərarası effektivlik”, “Düşünmə bacarıqları” bölmələri üzrə “Diqqətlilik”, “Stressin idarə olunması”, “Emosional tənzimləmə”, “Özünüqiymətləndirmə”, “İnamlı ünsiyyət”, “Qərar qəbuletmə”, “Məqsədi müəyyənləşdirmə”, “Mübahisələri həlletmə”, “Münasibətlərin idarə edilməsi” və s. mövzularda təlimlər təşkil olunub.
Bağlanış mərasimi “Nizami Gəncəvi” adına parkda keçirilmişdir.
Qeyd edək ki, gənclərin şəxsi inkişafına müsbət təsir edəcək bu davamlı layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi (@gencleridmannazirliyi) və UNİCEF-in (@unicef_azerbaijan) birgə tərəfdaşlığı, Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə reallaşmışdır.
Sonda layihənin 24 nəfərdən ibarət olan iştirakçılarına sertifikatlar təqdim edilib.
Məzun olmuş bütün gənclərimizə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!






























