6 noyabr Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Sabunçu rayonu Heydər Əliyev parkında 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayraq mənliyimdir, bayraq kimliyim!” adlı fləşmob təşkil olunub.
Fləşmobda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin sitatlarından hazırlanmış stendlər nümayiş olunub və parka Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət bayraqları sancılıb.
Fləşmob xüsusi karantin qaydalarına uyğun olaraq sosial məsafənin qorunması ilə həyata keçirilib.
Bir cavab yazın