Bakı Gənclər Mərkəzi, Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı hər kəsi Xocalı soyqırımı haqqında çəkilən “Sonsuz Dəhliz” sənədli filmini izləməyə dəvət edir!

“Sonsuz Dəhliz” sənədli filmi prodüserləri Aleksandras Brokas (Litvalı hərbi jurnalist) və “Grammy Award” mükafatçısı Cerald Rafşun tərəfindən çəkilib. Filmin süjeti real hadisələr, bu cəhənnəm əzabını yaşamış, kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. O məşum gecədə bir çoxları erməni terrorçuları və başkəsənləri tərəfindən öldürülüb, bəziləri isə Ermənistan rəhbərliyinin yaratdığı müasir əsir düşərgələrinin qeyri-insani şəraitinə baxmayaraq salamat qalıblar.


Filmin İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin və Bern şəhərlərində təqdimatı olub. Həmçinin, “Ən yaxşı montaj olunmuş sənədli film” nominasiyası — 2015-ci il Milan Beynəlxalq Film Festivalı (“Milan IFF 2015 Film Festivalı”) ,”Best of Show” mükafatı —”Accolade Qlobal Film Competition” müsabiqəsi , “Ən yaxşı sənədli film” — Madrid Tenerife Beynəlxalq Film Festivalı (2015), “Ən yaxşı sənədli film rejissoru” (Aleksandras Brokası) — Madrid Tenerife Beynəlxalq Film Festivalı ,“Global Film Awards” mükafatı kimi bir çox mükafatlara layiq görülüb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir