Qəhrəman şəhidimiz, Əkbər Hüseynov-un anası təbrik edilib. Əkbər Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində gedən döyüşlərdə olub. Əkbər Hüseynov sentyabr 29-da Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur. Ölümünnən sonra “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur
Növbəti Qəhrəman şəhidimiz, Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 2-də Füzuli döyüşlərində əsgər yoldaşlarını döyüş meydanından çıxararkən qəhrəmancasına şəhid olmuşdur.
Ölümünnən sonra “Füzulinin azad olunmasına görə” medalı ” və “Vətən uğrunda” medalları ilə təltif olunmuşdur
Son olaraq ziyarət edilən Qəhrəmanımız Azərbaycan Ordusunun leytenantı olan Telman Ələkbərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində savaşıb. Telman Ələkbərov oktyabrın 7-də Ağdam rayonu istiqamətində şəhid olub. Ölümünnən sonra “Ağdamın azad olunmasına görə” medalı ” və “Vətən uğrunda” medalları ilə təltif olunub
Fəxarət hissi ilə qeyd edirik ki, şəhadət zirvəsini fəth edəcək qədər igidlərimizi vətənpərvər ruhda böyüdən şəhid analarımıza dərin təşəkkürümüzü dilə gətirir və yazdığımız məktubumuzu diqqətinizə çatdırırıq.
“Əziz qəhrəman analamız, vətənə layiqli övlad böyütdüyünüz üçün qarşınızda baş əyir və SİZƏ öz təşəkkürümüzü bildiririk. 8 mart qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirik! “
Hörmətlə, Bakı Gənclər Mərkəzi ailəsi















