Loqonun təqdimat mərasimi Bakı Gənclər Mərkəzində keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov loqonu dəyişməyin vaxtı çatdığını bildirib: “Yeni tərzdə korporativ rənglərə yol açmaq istədik. İki həftə əvvəl elan etdik, yüzə qədər variantlar aldıq. Nəhayət, qalib loqonu seçdik”.
























