“Şuşa ili” çərçivəsində Bakı Gənclər Mərkəzi və “EMEDDİA GROUP” Media Təşkilatının birgə təşkilatçılığı ilə Şanlı Qələbənin ikinci ildönümünə həsr olunmuş “Zəfər anı” layihəsi keçirilmişdir.

Tədbirdə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilmiş, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Layihədə peşəkar rəssamların əsərləri və heykəltaraşların əl işlərindən ibarət “ZƏFƏR” mövzusunda rəsm sərgisinin nümayişi və “Yarımçıq Qalmış” teatr tamaşası təqdim olunmuşdur.

Zəfər tədbiri xüsusi hazırlanmış videoçarx ilə açılış olunaraq, çıxışlarla davam etmişdir.

Mükafatlandırma mərasimi ilə davam edən tədbirdə II Qarabağ müharibəsi döyüşçülərinə “Dəmir Yumruq” Milli Mükafatı təqdim olunmuşdur.

Tədbir “Asiman” rəqs ansamblın rəqsi ilə davam etmiş sonda isə musiqi nömrəsi ilə başa çatmışdır.

Tədbirdə, şəhid ailələri, qazilər, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Aftandil Hüseynzadə, Gənclər və İdman Nazirliyinin rəsmisi Ramil Cabbarov, Milli Məclisin deputatları Jalə Əhmədova, Aydın Hüseynov, Ceyhun Məmmədov, Əliabbas Salahzadə həmçinin, mədəni-ictimai xadimlər, media nümayəndələri və gənclər iştirak etmişdir

Sonda xatirə şəkli çəkilmişdir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir