“Açıq havada psixoloji konsultasiya”

16 sentyabr 2020-ci il tarixində saat 09:00-da Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Psixoloq Ruqiyyə Əşrəfli tərəfindən gənclər üçün növbəti dəfə “Açıq havada psixoloji konsultasiya” baş tutdu.

Maraqlı və faydalı məsləhətlərlə zəngin olan konsultasiyada gənclərimiz sağlam və qeyri-sağlam vərdişlərindən, həyat tərzindən bəhs etdilər, onları maraqlandıran suallara Ruqiyyə xanım ətraflı məlumat verdi.

Dəyərli psixoloqumuz Ruqiyyə Əşrəfli vərdişlərimizin həyatımıza, əhval-ruhiyyəmizə, sağlamlığımıza təsirlərindən, pozitiv düşüncənin gücündən bəhs edərək, gənclərlə faydalı məsləhətləri bölüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir