Bakı Gənclər Mərkəzi və Şah Klub Şahmat Klubunun birgə təşkilatçılığı ilə 4 sentyabr 2020-ci il tarixində açıq havada Blitz (3+2) turnir həyata keçirildi. Heydər Əliyev adına parkda keçirilən turnirdə 39 nəfər iştirak edib.
Ümumi 9 turdan ibarət olan turnirdə pandemiya şəraitini nəzərə alaraq, bütün qaydalara riayət edərək, xüsusi tədbirlər görüldü.
39 iştirakçının olduğu yarışda 12 nəfər Bakı Gənclər Mərkəzi tərəfindən diplom və medallarla təltif edildilər. “Açıq Səma” şahmat turnirində mükafatçıları sizlərə təqdim edirik:
Ən kiçik 6-yaşadək şahmatçılar arasında:
1-ci yer: Babazadə Xədicə
8 yaşadək şahmatçılar arasında:
1-ci yer: Zeynallı Yusif
2-ci yer: Babayev Yusif
3-cü yer: Zeynalzadə Ceyhun
Qızlar arasında:
1-ci yer: Rəşidova Nərgiz
2-ci yer: Hüseynova Lalə
3-cü yer: Hüseynli Dəniz
Ümumi turnirimizin qalibləri:
1-ci yer: Rüstəmov Rüstəm
2-ci yer: Əbdülkərimli Elcan
3-cü yer: Əlizadə Paşam
Qalibləri təbrik edir və növbəti yarışlarda uğurlar arzulayırıq!
Bir cavab yazın