Avqustun 29-da Bakı Gənclər Mərkəzində şose velosipedi üzrə Azərbaycan milli komandasının üzvü Elçin Əsədov haqqında filmin təqdimat mərasimi keçirilib.


Tədbirdə Azərbaycan Velosiped Federasiyasının prezidenti, Müdafiə Sənayesi Naziri Mədət Quliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov, Nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən öncə nazir Fərid Qayıbov çıxış edərək deyib: “Filmə görə Mədət Quliyevə təşəkkür edirəm. Çox emosional sənədli kino alınıb. Mən hələlik filmi görməsəm də, mənə deyiblər, orda elə anlar var ki, göz yaşlarını saxlamaq çətin olacaq. İstəyirik ki, bizim idmançılarımızı daha yaxşı tanısınlar. Biz, vahid idman ailəsiyik. Bunu bu yaxınlarda İslamiadada da sübut etdik. Buna görə də bizim qələbələrimiz var və inanıram ki, daha çox olacaq”.

Daha sonra “Uğurlar – Elçin Əsədov” filmi nümayiş etdirilib və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Sonda ssenari müəllifi Zəhra Quliyeva və filmin qəhrəmanı Elçin Əsədov çıxış edərək çəkiliş prosesi barədə danışıb, təqdimata gəldikləri üçün qonaqlara təşəkkür ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir