Daha sonra Bakı Ali Neft Məktəbi və “Bakı Gənclər Evi” Sosial Xidmət Müəssisəsi arasında Qarşılıqlı anlaşma haqqında Memorandum imzalanıb. Memorandumu BANM-nin rektoru Elmar Qasımov və Müəssisənin direktoru Nərgiz Babayeva imzalayıblar.
Memorandum BANM-lə “Bakı Gənclər Mərkəzi” arasında münasibətləri möhkəmləndirmək və dostluq əlaqələrini inkişaf etdirmək, gənclərin hərtərəfli inkişaf maraqlarından çıxış edərək birgə layihə və tədbirlərin həyata keçirilməsi məqsədi daşıyır. Əməkdaşlıq çərçivəsində gənclərin müxtəlif sahələrdə təcrübələrinin artırılması istiqamətində birgə tədbirlərin keçirilməsi, onların inkişafı istiqamətində konfrans, seminar, forum, debat və intellektual yarışların təşkil olunması, gənclərin beynəlxalq arenada təmsilçiliyinin artırılması istiqamətində dəstəyin göstərilməsi, təcrübə proqramlarının təşkil edilməsi nəzərdə tutulur. Həmçinin BANM və “Bakı Gənclər Mərkəzi”nin qarşılıqlı şəkildə digər müəssisə və qurumlarla birgə əməkdaşlıq etməsi, birgə layihə və tədbirlərin keçirilməsi də planlaşdırılır.