Bakı Gənclər Mərkəzi “Əsgərə məktub”-layihəsini təqdim edir 🇦🇿 ✉️

Layihənin məqsədi uşaq və yeniyetmələrdə vətənpərvərlik, vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməklə onlarda məktub yazmaq vərdişi aşılamaqdır.
“Azərbaycan əsgərini məktubunla sevindir!” şüarı ilə təşkil olunan aksiya 04 oktyabr tarixindən başlayaraq hər gün saat 09:00-18:00 arası məktublarınızı yazaraq xüsusi hazırlanılmış məktub qutusuna ataraq əsgərlərimizə mənəvi dəstəyinizlə yanaşı ehtiram və diqqətinizi göstərə bilərsiniz. ✊✊

Qeyd edək ki, məktublar hər həftənin sonu poçt vasitəsilə müxtəlif cəbhə bölgəsində döyüşən əsgərlərimizə çatdırılacaqdır 📩

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir