Bakı Gənclər Mərkəzi və Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə gənclərin və şanlı qələbəni bizə yaşadan qəhrəman qazilərimizin iştirakı ilə “Airsoft” hərbi-taktiki simulasiya oyunu üzrə yarış keçiriləcəkdir
Yarışın məqsədi
Vətənpərvərlik ruhunda layihələrin genişləndirilməsi
Gənclərin ilkin hərbi biliklərə yiyələnməsi
Silahla rəftarın öyrədilməsi xarakterini daşıyır.
Yarışda iştirakçılar, vaxt qeydə alınmaqla sabit hədəflərə atışlar həyata keçirəcəkdir.
Yaş həddi: 17-25
Diqqətinizə çatdıraq ki, yarış müddətində iştirakçılar dəbilqə, bronjilet, eynək və airsoft silahı ilə təmin ediləcəkdir.
Ünvan: Ulduz metrosunun yaxınlığında yerləşən Paintball mərkəzinin ərazisində keçiriləcək
Tarix: 05.03.2022
Saat: 14:00
Qaliblər medal və diplom ilə təltif olunacaqlar
