Bakı Gənclər Mərkəzi bu dəfə yolunu “Sudoku” məntiqi oyununa yönəltdi 😍😇

Əgər siz də “Sudoku” məntiqi oyununda istedadınıza və bacarığınıza güvənirsinizsə və ya biliyinizi möhkəmləndirmək istəyirsinizsə o zaman bizə müraciət edə bilərsiniz🧮

Siz “Sudoku” oyunu haqqında eşitmisinizmi? 🤔

🔰Qeyd edək ki, “Sudoku” bütün zamanların ən məşhur tapmaca oyunlarından biridir. Sudoku oyununun məqsədi 9×9 kvadrat sahəsini hər cərgədə, sütunda və 3×3 kvadratda 1-dən 9-a qədər bütün rəqəmləri ehtiva edən nömrələrlə doldurmaqdır. Sudoku məntiqi tapmaca olduğundan, o, həm də əla beyin oyunudur. Hər gün “Sudoku” oynayırsınızsa, tezliklə konsentrasiyanızı və bütün beyin funksiyalarınızı yaxşılaşdırmağa başlayacaqsınız.🔍

Oyun 18-ci əsrdə isveçrəli riyaziyyatçı Leonard Euler tərəfindən icad edilmiş, əvvəlcə “sehrli kvadratlar” adlanan məntiq oyunudur.✏️🔒

“Sudoku” məntiqi oyunu oynayaraq əldə edəcəksiniz:
🔅 Diqqəti artırmaq;
🔅Yaddaşı gücləndirmək, unutqanlığı azaltmaq;
🔅Zəka və yaradıcılığı artırmaq;
🔅Stressi azaltmaq;

Qeyd edək ki, böyük bir komanda yığılaraq ölkədaxili və ölkə xarici müxtəlif yarışlara, çempionatlara qatılmaq şansı əldə edə bilərsiniz. Əgər siz də bu yarışın və böyük komandanın bir parçası olmaq istəyirsinizsə bizə müraciət edə bilərsiniz. 😍 Yaş həddi sərbəstdir.

Qeydiyyat üçün (+99450)-362-08-37 nömrəsi ilə əlaqə saxlaya vəya fatmannnariman@gmail.com e-mail ünvanına müraciət edə bilərsiniz🙏

Əlaqələndirici şəxs: Nariman Hüseynoğlu Fətəliyev

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir