Bakı Gənclər Mərkəzi dövlətimizə və ordumuza dəstək məqsədilə hərbi vətənpərvərlik mövzusunda “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, layihənin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan igid əsgərlərimizə, ordumuza dəstək nümayiş etdirmək, eyni zamanda, diqqəti vətənpərvərlik hisslərinin təbliğinə, gənclərimizin hər an cəbhəyə getməyə hazır olmasına yönəltməkdir.

Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi doğma torpaqlarımızdan kadrların da yer aldığı videoçarxı https://www.youtube.com/watch?v=R6hMCupg8mI linkindən izləmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir