Bakı Gənclər Mərkəzi gənclər üçün təşkil etdiyi “Teamwork Days” fəaliyyətinin ikinci hissəsi uğurla başa çatdı!

Tanışlıq mərhələsi ilə başlayan komanda işi günündə “Yaxa rozeti” adlı aktivitə ilə fəaliyyətin açılışı edildi.
Günümüz İce Breaking “Ad günü və Ad” sıralamasına uyğun dairə yarat oyunları və rəqəmlərə əsasən şifrəli hərəkətlərin edilməsi ilə davam etdi.

İştirakçıların abu havaya adaptasiya mərhələsindən sonra “Körpü inşası” adlı komanda quruculuğuna keçid edildi. Dünyaca məşhur və yaxud təxəyyülünüzdə canlandırdığınız körpünün inşası tapşırığına 30 dəqiqə vaxt verildi. Çalışmaların nəticəsində bir-birindən fərqli Zəfər körpüsü, Sirat körpüsü və Asma körpüsü inşa edildi.

“2 doğru- 2 yanlış” oyunundan sonra Coffee Break fasiləsi elan edildi. Ardınca növbəti komanda quruculuğu.Mina oyununda komandalar onlara verilən xəritələrə əsasən Çəhrayı Pantera, James Bond 007 və GTA San Andreas soundtrack musiqi sədaları altında minalanmış ərazini keçməyə cəhd göstərdilər

Motivasiya formulu olaraq hər oyunun yekununda qaliblərə kiçik hədiyyələr verildi.

Bütün gənclərimizə fəal iştiraklarına dair təşəkkür edir və “First Youth- Teamwork Days” münasibətilə təbrik edirik!

Diqqətinizə çatdıraq ki, gənclərimizin göstərdiyi yüksək marağı dəyərləndirərək teamwork günlərinin davamlı keçirilməsinə qərar verildi!

Əziz gənclər!


“Third Teamwork Days” elanı tezliklə!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir