Bakı Gənclər Mərkəzi gənc nəslin vətənpərvər ruhda tərbiyəsini, onların yüksək biliklərə yiyələnməsini daim diqqət mərkəzində saxlayır.
Bu istiqamətdə Mərkəz tərəfindən mütəmadi bir sıra silsilə layihələr, tədbirlər və təlimlər həyata keçirilir.
Realmedia bildirir ki, Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə hərbi-vətənpərvərlik mövzusunda təlimlərə başlanıldı. Hərbi müəllim, ictimai xadim, müharibə iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseynin rəhbərliyi ilə keçirilən təlimlərdə gənclər, hərbi vətənpərvərlik, milli iradə, silahla davranış, sıra hərəkətləri, topoqrafiya barədə biliklərə yiyələnəcəklər.
Hərbi təlimlər gənc nəslin vətənpərvər ruhda yetişməsində, gənclərin həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığında müstəsna rol oynayır.