Bakı Gənclər Mərkəzi idarə heyəti “Yeni Dövrün Yeni Könüllüləri 5” proqramına qəbul olan könüllülərlə ilkin tanışlıq görüşü keçirmişdir. Açılış nitqini Bakı Gənclər Mərkəzin direktoru Nərgiz Babayeva etdikdən sonra könüllülük proqramın təqdimatına start verildi.

Təqdimatda müxtəlif istiqamət üzrə həyata keçirilən layihə, tədbir, master-klass və ümumi fəaliyyətlərdən bəhs edilib. Mərkəzimizin şərait və imkanları barədə, eyni zamanda klublar və kurslar haqqında ətraflı məlumat verilib. Nəzərinizə çatdıraq ki, müqavilə imzaladıqdan sonra gənclərimiz könüllü şəkildə seçdikləri departamentlərdə müvafiq olaraq mərkəzimizdə fəaliyyətə başlayacaqlar.

Görüşün yekununda gənclərin sualları cavablandırıldı, xatirə şəkli çəkildi

Diqqətinizə çatdıraq ki, görüşdən sonra gənclərimiz üçün mərkəzimizdə info-tur təşkil olundu.

Yeni könüllülərimizi təbrik edir və fəaliyyətlərində uğurlar diləyirik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir