Bakı Gənclər Mərkəzi könüllüləri-“Beynəlxalq Gənclər Günü”

12 avqust – Beynəlxalq Gənclər Günüdür. Bu əlamətdar gün gənclərə lazımi diqqət göstərmək, onların nailiyyətlərini təbliğ etmək, cəmiyyətin bütün sahələrində gənclərin iştirakına təkan vermək məqsədi ilə qeyd olunur. 

Siz gənclər, müsbət sosial dəyişikliklərlə, ədalət və sülh dünyasının əsasını qoymaq üçün kifayət qədər güclü potensiala maliksiniz. Əziz və dəyərli gənclər, sizləri “Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik edir, gənclik enerjini qorumağınızı və hər zaman gənc ruhda qalmağınızı arzulayırıq.

 Bakı Gənclər Mərkəzinin könüllüləri müxtəlif dillərdə dünya gənclərini “Beynəlxalq Gənclər Günü” münasibətilə təbrik etməklə dünya gənclərini birlik, dostluq devizi altında birləşdirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir