Bakı Gənclər Mərkəzi könüllüləri:”Karabakh is Azerbaijan”

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı və “Yeni dövrün Yeni könüllüləri” nin iştirakı ilə 27 iyul tarixində “Karabakh is Azerbaijan” video-layihəsi həyata keçirilib.

Bu layihə çərçivəsində gənclər Azərbaycanın tarixi, Dağlıq Qarabağ münaqişəsi və son baş verən Tovuz hadisələri haqqında faktiki məlumatları ingilis dilində ifadə ediblər.                                  

“Diqqətinizi ona cəlb etmək istəyirik ki, Azərbaycan Ermənistanı ərazi nöqteyi-nəzərindən, əhalinin sayına görə, siyasi-iqtisadi amillərə, döyüş qabiliyyətinə və hərbi qüdrətinə görə heç vaxt hərbi əməliyyatlara, xüsusilə də erməni mülki əhalisini qırmağa çağırmamışdır. 

Biz münaqişənin sülh yolu ilə həllinə, yəni Azərbaycan torpaqlarının geri qaytarılmasına inanırıq. Biz müharibəyə çağırmırıq, amma biz yanlış məlumatların əleyhinəyik. “

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir