Bakı Gənclər Mərkəzinin daxilində fəaliyyət göstərən “Sağlam həyat klubu”-nun təşəbbüsü ilə həyata keçiriləcək “Sağlam Gənclik Naminə” adlı əyləncəli-idman tədbiri Avqustun 27-si, saat 17.00-dan 20.00-dək davam edəcək tədbirə hər kəs qoşula bilər
“Sağlam Gənclik Naminə” layihəsinin proqramına yerindən uzunluğa tullanma, topun uzaq məsafəyə atılması, 100 metr məsafəyə qaçış, qumbara atma, press, jim, squat və turnik hərəkətləri daxildir
Layihənin təşkilində əsas məqsəd gənclər arasında idmana marağın artırılması, gənc nəslin hərtərəfli inkişafına, sağlamlığının möhkəmləndirilməsinə, sağlam həyat tərzinin təbliği həmçinin asudə vaxtlarının səmərəli təşkilinə yönəlmışdır.
Geyim:
İdman forması mütləqdir
Tarix: 27 avqust
Saat: 17:00
Məkan: Bakı Gənclər Mərkəzi