Bakı Gənclər Mərkəzi və Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının birgə təşkilatçılığı ilə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə “Airsoft” hərbi-taktiki simulyasiya oyunu üzrə yarış keçirilmişdir

Açılış nitqini Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva və Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyasının prezidenti Rəsul Məmmədov etdikdən sonra yarışa start verildi

Ümumilikdə 5 saat sürən yarış 2 hissədən ibarət oldu. Layihənin birinci hissəsində vaxt qeydə alınmaqla qəhrəman qazilərimiz və fəal gənclərimiz airsoft silahı ilə sabit hədəflərə, ardınca hərəkətli halda sabit hədəflərə atışlar etdilər. Yarış sonunda hədəfə tez və dəqiq atəş açan gənclər mükafatlandırıldı. Yekunda xatirə şəkli çəkildi.

Diqqətinizə çatdıraq ki, layihə müddətində iştirakçılar zəruri təchizat və avadanlıq, o cümlədən dəbilqə, bronjilet, eynək və airsoft silahları ilə təmin edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir