Xocalı soyqırımına həsr edilmiş rəsm sərgisinə baxış keçirildikdən sonra tədbir Azərbaycan Respublikasının Dövlət himni ardınca şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edildi.
Açılış nitqini Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva və E-Media Group media təşkilatının rəhbəri Elşən Əliyev etdi.
Tədbirdə, millət vəkilləri, ictimai-siyasi xadimlər, xocalı sakinləri, qazilər və Türkiyənin məşhur aktyoru Erhan Ufak iştirak etmişdir.
Tədbirin yekun hissəsində sərginin ərsəyə gəlməsində iştirak edən gənc və istedadlı rəssamlar təltif edildi.















