Birgə fəaliyyət nəticəsində Sabunçu rayonu sakinləri, iş adamları, təhsil ocaqları Bakı Gənclər Mərkəzində Etika Akademiyasının təlim xidmətini ala biləcəklər. Ailə institutu üçün “Alicənab və Kübar xanım ” məktəbi, iş dünyası üçün “İşgüzar etiket”, “Korporativ etiket və protokol “, “Nitq mədəniyyəti” üzrə təlimlər veriləcəkdir.
Həmçinin daxili bacarıqların inkişafı üçün “Gözəl danışma sənəti” , “İdarəetmədə etik üslub”, “Asanöyrənmə” adlı təlimlər təqdim ediləcəkdir. Birgə fəaliyyətin ilk addımı olaraq” Üslubunuz kimliyinizdir” adlı təlimlə başladı. Təlimdə dövlət qurumlarının, orta təhsil ocaqları rəhbərliyi və gənclər təşkilatları iştirak etmişdir.
Bakı Gənclər Mərkəzinin rəhbəri Nərgiz Babayeva və Etika Akademiyasının rəhbəri Günel İbrahim tədbir iştirakçılarının suallarını cavablandırdılar və təqdim edilən inkişaf proqramlarından effektiv yararlanmağa dəvət etdilər.