Seminarda “Bakı Gənclər Mərkəzi”nin könüllüləri və aktiv üzvləri eləcə də “Kiber Təhlükəsizlik Platforması”nın üzvləri iştirak etdi.
“Kiber Təhlükəsizlik Platforması”nın qurucu müdürü, kibertəhlükəsizlik məsləhətçisi Şahin Aliyev və “İnformasiya Təhlükəsizliyi”araşdırmacısı, “Kiber Təhlükəsizlik Platforması”nın idarə heyətinin üzvü Nigar Quliyevanın iştirakı ilə keçirilən seminarda, kibertəhlükəsizlik sahəsində bir sıra önəmli mövzuları müzakirə olundu və ilk dəfə olaraq “Kiber Təhlükəsizlik Platforması”nın “Kibertəhlükəsizlik” təlimçisi Məmməd Rəhimzadənin iştirakı ilə ssenari əsasında yarana biləcək real hücum nümunəsi laboratoriya şəraitində gənclərimizə göstərildi.
Sonda iştirakçılarımızın suallarını cavablayan mütəxəssislər sahənin inkişafına dəstək proqramlarının, gələcəkdə mərkəzimiz daxilində daima keçiriləcəyini bildirdilər












