Bakı Gənclər Mərkəzi və Şah Klub şahmat klubunun birgə təşkilatçılığı ilə 20 Iyul Beynəlxalq Şahmat Gününə həsr olunmuş kiçik şahmatçılar arasında turnir keçirilmişdir. 7 turdan ibarət İsveçrə sistemi ilə keçən gərgin mübarizədə, qalib yalnız son turda müəyyənləşmişdir.
Qaliblər
1-ci yer Bağırzadə Rüqayyə, 2-ci yer, Qurbanov Həmzə. 3-cü yer Qurbanov Emil.
Qızlar arasında ən yüksək nəticəni isə Nəsibzadə Nəzakət göstərmişdir.









