Bakı Gənclər Mərkəzində “05 mart-Bədən Tərbiyəsi və İdman günü”münasibətilə rayon tədbiri və şəhid Həsənağa Abdullazadənin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilmişdir

03.03.2023-cü il tarixdə Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatcılığı ilə Bakı Gənclər Mərkəzində “05 mart-Bədən Tərbiyəsi və İdman günü”münasibətilə rayon tədbiri və şəhid Həsənağa Abdullazadənin xatirəsinə həsr olunmuş şahmat turniri keçirilmişdir.Tədbirdə şəhid valideynləri,Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov,Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva,Sabunçu rayon İcra Hakimiyyətinin nümayəndələri ,Azəraycan Milli İdman Növləri Assosiasiyasının vitse-prezidenti Cəlal Qurbanov,Sabunçu rayon Gənclər və İdman idarəsinin rəisi Rakif Əliyev,şəhidimizin döyüş yoldaşları iştirak etmişdir.İlk olaraq tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər.Sonra şəhid Həsənağa Abdullazadənin sərgisi ilə tanış oldular.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.Tədbir boyunca çıxışçılar və şəhidlərin valideynləri tədbirin mahiyyəti haqqında tədbir iştirakçılarına məlumat verdilər.

Tədbirin sonunda şəhid Həsənağa Abdullazadənin xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri və ilboyu Sabunçu rayon Gənclər və İdman idarəsi tərəfindən keçirilən tədbirlərdə göstərdiyi dəstəyə və iştirakına görə bir sıra şəxslərin təltif etmə mərasimi keçirildi.