Tədbir erməni vəhşiliyi nəticəsində qətlə yetirilmiş soyqırım qurbanlarının, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Daha sonra Mart soyqırımın təfərrüatlarını özündə əks etdirən film izlənildi.
Tədbirin ikinci hissəsində gənclərin 1ci Qarabağ müharibə Qazisi, Tarix elmləri üzrə Fəlsəfə doktoru, dosent Sahib Vəliyev ilə görüşü keçirildi.
Daha sonra soyqırım barədə tarixi faktlardan söhbət açan Sahib Vəliyev gəncləri vətənpərvər olmağa, vətəni candan artıq sevməyə çağırdı, gənclərin suallarını cavablandırdı. Tədbirin sonunda xatirə şəkli çəkildi.





















