Bakı Gənclər Mərkəzində 31 Mart Azərbaycanlıların soyqırımı ilə əlaqədar tədbir keçirilib.

Tədbir erməni vəhşiliyi nəticəsində qətlə yetirilmiş soyqırım qurbanlarının, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Daha sonra Mart soyqırımı barədə fikirlərini səsləndirən mərkəzin direktoru Nərgiz Babayeva iştirakçıları həmin faciənin təfərrüatlarını özündə əks etdirən filmi izləməyə dəvət etdi.
Tədbirin ikinci hissəsində gənclərin qazilərlə görüşü keçirildi. Vətən müharibəsi qaziləri Məmmədov Ağa və Fərahim Əmirlinin çıxışları dinlənildi.

Daha sonra soyqırım barədə tarixi faktlardan söhbət açan polkovnik-leytenant Elmar Hüseyn gəncləri vətənpərvər olmağa, vətəni candan artıq sevməyə çağırdı, gənclərin suallarını cavablandırdı. Tədbirin sonunda xatirə şəkli çəkildi.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir