Bakı Gənclər mərkəzində “Autizm nədir? Əlamətləri və yaradan səbəbləri” mövzusunda fərqindəlik görüşü keçiriləcək.

Müasir dövrdə Autizm spektr pozuntusu çox yayılıb və çox zaman əlamətləri məktəb dövründə daha çox biruzə verir.

Cəmiyyət olaraq autizmli uşaqlara qarşı daha diqqətli olmalıyıq. Vaxtında və düzgün təyin edilmiş müdaxilələrlə uşaqların inkişaf etməsinə cəmiyyətə adaptasiyasına dəstək ola bilərik.Bu məqsədlə biz ABA mərkəzinin direktoru Fidan Talışlı və psixoloq Aysel Fərəcova ilə birgə görüş təşkil edirik. Görüşdə iştirak edərək sizi maraqlandıran sualların cavablarını bir başa mütəxəsisslərdən ala bilərsiz.

📑Tarix 25 yanvar saat 16.00
📍 Bakı Gənclər Mərkəzi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir