Bakı Gənclər Mərkəzində Azərbaycan ordusunun parlaq tarixi qələbələrindən olan Şanlı Aprel döyüşlərinə həsr olunmuş “Aprel Zəfəri” adlı dəyirmi masa keçirilib

Görüş, torpaqlarımız uğrunda şəhadətə yüksəlmiş Şəhidlərimizin əziz xatirəsinə dair bir dəqiqəlik sükütlə yad edildikdən sonra açıq elan edildi 🇦🇿🇦🇿

Gənclərmiz ilə uzun müddət Xüsusi Təyinatlı Qüvvələrində xidmət etmiş, daha sonra 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanaraq qazi olan Natiq Mehdiyev görüşmüşdür. O, çıxışında uğurlu əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarında 2000 hektardan çox torpağımızın işğalçılardan azad edilməsindən, Azərbaycan Ordusunun tam nəzarətinə keçməsindən, uzun illərdən sonra qəhrəman döyüşçülərimizin xalqımıza yaşatdığı qələbə sevincindən danışdı. Həmçinin, Ali Baş Komandanımızın da dəfələrlə dediyi sözləri sitat gətirərək, qeyd etdi ki, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirdi 🇦🇿

Səmimi və maarifləndirici keçən görüşdə, gənclərimizi maraqlandıran sualları cavablandırmış sonda xatirə şəkli çəkilmişdir