Bakı Gənclər Mərkəzində fəaliyyət göstərən “İntellektual Gənclik” klubunun üzvləri tərəfindən “12 avqust-Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş “Bilik çarxı” adlı intellektual yarış keçirilmişdir.


Fərqli mövzulardan ibarət hazırlanan yarışda gənclərimiz yeni biliklər əldə etmiş, sağlam mübarizə aparmış, yeni dostluqlar qazanmış və ən əsası isə 1-cilik uğrunda mübarizə aparmışlar. Maraqlı və əzmkar keçən yarışın sonunda “Novator” adlı komanda xal hesabı ilə 1-ci yerə çıxmışdır.
Hər həftə “İntellektual Gənclik” klubu tərəfindən silsiləvi şəkildə keçirilən intellektual yarışlar növbəti həftə 16 avqust saat 14:00-da keçiriləcəkdir. İştirak etmək üçün səhifənin mesaj qutusuna yaza bilərsiniz.

Qeyd edək ki, Bakı Gənclər Mərkəzində fəaliyyət göstərən bütün klublar tam ödənişsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir