Bakı Gənclər Mərkəzində Günay Talıbovanın təqdimatında UNİCEF-in və Gənclər və İdman Nazirliyinin birgə layihəsi olan “Əsas həyat bacarıqları” təliminin növbəti günü yekunlaşdı.


Təlimin növbəti günündə 3-cü hissəsinin ilk mövzularının “Qərar qəbuletmə” və “Məqsədi müəyyənləşdirmə və qərar qəbuletmə” haqqında danışıldı.

Gənclər təlim zamanı, arzuya çatmaq üçün nədən imtina etməli olunacaqları barədə məlumat,”SMART” adlı üsuldan istifadə etməklə məqsədi müəyyənləşdirməyi, başla,ürəklə habelə sosial təsirlər və məqsədlər əsasında qərar qəbuletmə prosesləri arasındakı fərqi “PAUSE” adlı qərar qəbuletmə prosesini öyrəndilər. Təlim beyin fırtınası yaradan əyləncəli oyunlarla davam etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir