Artlife rəsm kurslarının təşkilatçılığı və Bakı Gənclər mərkəzinin dəstəyi ilə həvəskar rəssamların “Əhval” adlı qrup sərgisinə hər kəs dəvətlidir. Sərgi 21 dekabr saat 16:00 keçiriləcək. Sərginin keçirilməsində məqsəd həvəskar rəssamlara dəstək olmaq, əsərlərindən yaranan əhvalı incəsənətsevərlərə ötürməkdir🌝.
Bu sərginin özəlliyi əsərlərin QR kodlaşdırılmasıdır. Eyni zamanda əsərləri platformada yerləşdirilən virtual sərgidən satın almaq mümkündür✨.
