Bakı Gənclər Mərkəzində narkomaniya ilə mübarizəyə həsr olunmuş “Bir dəfə” adlı film nümayiş olunub.

Film Bakı Gənclər Mərkəzinin və Abşeron Group Productionun birgə təşəbbüsü ilə ərsəyə gəlib. Filmin nümayişində Sabunçu rayon İcra hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsinin müdiri Ədalət Teymurov, Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrə qarşı Mübarizə üzrə Dövlət komissiyasının işçi qrupun əməkdaşı Vasif Quliyev, dövlət və qeyri-hökumət təşkilatlarından nümayəndələr, media nümayəndələri və gənclər iştirak ediblər.
Filmdə narkomaniyanın qurbanına çevrilmiş insanların faciəli həyat tərzi, onların üzləşdiyi çətinliklər, səhhətlərində yaranan problemlər bilavasitə onların öz dilindən səsləndirilib. Filmin qəhrəmanları insanları “ağ ölüm”dən uzaq durmağa, sağlam həyat tərzi yaşamağa səsləyiblər.
Filmin təqdimatından sonra mövzu ilə bağlı müzakirələr aparılıb. Çıxış edənlər bildiriblər ki, sağlam həyat uğrunda aparılan mübarizədə ən vacib məsələlərdən biri gənclər arasında maarifləndirmənin gücləndirilməsidir.
Zərərli vərdişlərdən uzaq durmağa çağıran çıxışçılar gənclərə öz tövsiyələrini veriblər.
Sonda filmin yaradıcı heyətinə təşəkkür olunub.

Filmin linki – https://www.youtube.com/watch?v=Dnlt8zYacwg

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir