Bakı Gənclər Mərkəzində şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş “Əsirin Zəfəri” adlı tamaşa nümayiş etdirilmişdir.

Bakı Gənclər Mərkəzində şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş “Əsirin Zəfəri” adlı tamaşa nümayiş etdirilmişdir.
Bakı Gənclər Mərkəzinin “Səhnədə Sən” aktyorluq klubunun fəal üzvlərinin iştirakı ilə 16 noyabr 2021-ci il tarixində “Əsirin Zəfəri” adlı tamaşa nümayiş etdirilmişdir.
Tamaşa Azərbaycanın Şanlı ordusunun qəhrəman əsgərlərinin şəhidlik zirvəsinə ucalmasını, sevdiklərinin qəhrəman əsgərlər üçün yaşadıqları nigaranlıq hissini, şəhidlərimizi böyüdüb boya-
başa çatdıran valideynlərinin şəhid xəbərini aldıqdan sonra yaşadıqları fəxr və qürur hissini və onların məğrur duruşunu nümayiş etdirir.
Tamaşanın keçirilməsində məqsəd, 44 günlük Şanlı tariximiz olan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan əsgərlərimizin əziz xatirəsini yad etmək, gənclərdə olan vətənpərvərlik hissinin gücünü və müqəddəsliyini nümayiş etdirmək, qəhrəman igidləri yetişdirən valideynlərin necə məğrur və qürur hissi ilə durduğunu, uca zirvəni fəth edənlərin heç bir zaman unudulmayacağını əks etdirməkdir.
Tamaşanın nümayişi gənclər, ictimai xadimlər və fəxri qonaqların iştirakı ilə baş tutmuşdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir