Əziz gənclər! 01 dekabr 2021-ci il tarixində 16:00-da Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Avrasiya Kombat Ciu-Citsu Federasiyanın prezidenti, DİN-nin İdman Cəmiyyətinin əlbəyaxa döyüş üzrə baş məşqçi-müəllimi, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Fəxri bədən tərbiyəsi və idman işçisi Rəsul Məmmədov tərəfindən “Şəxsi təhlükəsizlik və özünümüdafiə” mövzusunda təlim keçiriləcək.
Təlim 2 hissəli olacaq,
Nəzəri
Praktiki.
Nəzəri hissədə əlbəyaxa döyüş sənətlərindən tarixi məlumatlar, onların xüsusiyyətləri və gündəlik həyatımızda şəxsi təhlükəsizliyimizin vacibliyindən bəhs ediləcək.
Praktiki hissədə isə, küçədə qarşılacağınız hər hansı təcavüz və hücuma qarşı effektiv cavab və davranış, fəndlər və əksfəndlər, Azərbaycan Respublikasının Qanunlara uyğun olaraq özünümüdafiə və son zərurət çərçivəsində hücum edən şəxsi zərərsizləşdirmək üsullarını öyrənəcəksiniz.
🗓Tarix: 01.12.2021
🕛Saat: 16:00
Qeydiyyat üçün “+” yazmağınız kifayətdir.
