Bakı Gənclər Mərkəzində “Sağlam gənclik, sağlam gələcək deməkdir!” devizi altında maarifləndirici tədbir keçiriləcək.

Tədbir “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyi tərəfindən Azərbaycan
Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yardımı ilə “Təhlükəli yoluxucu
xəstəliklərin profilaktikası məqsədilə ictimai maarifləndirmə tədbirlərinin keçirilməsi”
adlı layihə çərçivəsində icra olunur.

Tədbirdə gənclər viruslu hepatitlər və vərəm haqqında – onların simptomları, yoluxma
yolları, xəstəlikdən qorunma qaydaları və sair barədə geniş məlumatlar alacaqlar.
Məlumatlar elektron formatda və sosial animasiya çarxları vasitəsilə iştirakçılara təqdim
olunacaq.

08.04.2022
16:00

Sonda tədbir iştirakçılarına mövzuyla bağlı bukletlər və COVİD-19-un profilaktikasına
dəstək olaraq tibbi və gigiyenik vasitələr veriləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir