Bakı Gənclər Mərkəzində, SkillsUp- Məktəblilər üçün  peşəkar kouç , psixoloq və təlimçilər ilə birgə inkişaf proqramına başlanıldı

Bakı Gənclər Mərkəzində daha bir yenilik

SkillsUp- Məktəblilər üçün  peşəkar kouç , psixoloq və təlimçilər ilə birgə inkişaf proqramı

Bu gün dünya sürətli şəkildə dəyişir , inkişaf edir. Bu sistemə psixoloji hazır olmayan yeniyetmə və gənclərdə depressiya ,  özünəqapanma , özgüvənsizlik , pis vərdişlərə aludəçilik və təəssüf ki ,  intihar hadisələri baş verir.  
“Skillsup”  proqramı orta məktəblərin 7-8-9 cu sinif şagirdləri üçün keçiriləcək. Layihə pilot olaraq online formada keçirilir. 1 ay müddətində peşəkar mentor, kouç və təlimçilər uşaqların mental olaraq inkişafı üçün onlara müxtəlif təlimlər keçəcək.

Mövzular:
Qərar qəbul etmə və problem həll etmə bacarığı
Kommunikativ bacarıqlar
Kreativ düşüncə
Tənqidi düşünmə
Stressin idarə edilməsi

Təlimçilər :
Sevinc Burziyeva – AMEA doktorant , peşəkar mentor , karyera məsləhətçisi

Gunay Məmmədova – akademik kouç  , Xarici dillər Universitetində müəllim , Doktarant

Nigar Altayzadə  – Landau  school müəllim , Karyera məsləhətçisi , Corc Vaşington Universiteti  magistr

Könül Osmanova – BGM – psixoloq, karyera məsləhətçisi

Əziz valideynlər , uşaqlarınızın gələcəyini indidən düşünün.


1 aylıq proqram tamamilə ödənişsizdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir