4 saat davam edən “Komanda işi” günündə 30 gəncimiz “İce Breaking” aktivitələri o cümlədən Zəncirvari tanışlıq; Daş, Qayçı, Kağız- Kibrit savaşı oyunları ilə günə ilkin tanışlıq mərhələsindən başladılar
Bakı Gənclər Mərkəzində “Teamwork” günlərinə start verildi! Fəaliyyətimizin ilk hissəsi uğurla yekunlaşdı!
4 saat davam edən “Komanda işi” günündə 30 gəncimiz “İce Breaking” aktivitələri o cümlədən Zəncirvari tanışlıq; Daş, Qayçı, Kağız- Kibrit savaşı oyunları ilə günə ilkin tanışlıq mərhələsindən başladılar
Qısa müddət ərzində effektiv kommunikasiya mühitini formalaşdırmaq məqsədi ilə keçirilən “İce breaking” oyunlarının ardınca komanda quruculuğuna keçid edildi. Qrup şəklində birgə çalışmalara, qarşılıqlı fikir mübadiləsi və birgə fəaliyyətə yönələn komanda quruculuğu fəaliyyətində gənclərimiz “Pandemiya” adlı oyunda fəal iştirak etdilər. Verilən tapşırığa əsasən hər komanda 30 dəqiqə müddətində təqdimat hazırlayaraq müxtəlif təşəbbüs və təkliflər ilə çıxış etdilər.
Fəal iştiraklarına dair bütün gənclərimizə təşəkkür edirik!
“Teamwork days” fəaliyyətimizin ikinci hissəsində görüşmək diləyi ilə
























