Dəyərli dostlar sizə xoş xəbərimiz var.
Artıq Türk Sənət Akademiyası Bakı Gənclər Mərkəzində.
Filmlərdə çəkilmək, ulduz kimi parlamaq, arzusunda olduğun filmlərin baş qəhrəmanına çevrilmək istəyirsən? Elə isə diqqətin bizdə olsun. Bakı Gənclər Mərkəzində Türkiyənin məşhur aktyoru Erhan Ufakla açıq dərsə qoşulmaqla bu arzunun gerçəkləşməsi üçün ilk addımını ata bilərsən.
İştirakçılara yaş məhdudiyyəti yoxdur. Əziz valideynlər, yeniyetmələr, uşaqlar və gənclər hər biriniz dəvətlisiniz.
